Tramp administrasiyası Səudiyyə Ərəbistanına silah-sursat satmağa çalışır

Tramp administrasiyası Səudiyyə Ərəbistanına silah-sursat satmağa çalışır

Sizinyol xarici mediaya istinadən xəbər verir:

ABŞ Dövlət Departamenti Konqresə Səudiyyə Ərəbistanına 478 milyon dollarlıq bomba və sursat satışına icazə vermək niyyətində olduğunu bildirdi.

Bloomberg Çərşənbə günü silah satışına 75000 ədəd bomba və idarə olunan və hava-yer mənzilli raketlərin şamil olduğunu yazdı.

ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden Vaşinqton və Riyad arasındakı münasibətləri nəzərdən keçirəcəyinə söz verdiyindən, bu silahların satılmasına icazənin onun administrasiyası işə başlamazdan əvvəl veriləcəyi gözlənilir.

Müqavilənin təfərrüatları yanvar ayında qeyri-rəsmi olaraq millət vəkillərinə elan edildi, lakin Demokratlar buna qarşı çıxdı. Bəzi ABŞ millət vəkilləri və insan haqları təşkilatları Səudiyyəni Yəmən vətəndaşlarına qarşı müharibədə Amerika silahlarından istifadə etdiklərinə görə tənqid etdilər.

Ancaq ABŞ Prezidenti Donald Tramp narahatlıqları rədd edərək Səudiyyənin ABŞ-dan silah almamaları halında başqa ölkələrdən silah alacaqlarını söylədi.

Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Sudan və Misirlə birlikdə 26 aprel 2014-ci ildə Yəməni işğal etdi və ölkəni istefa etmiş və fərari Yəmənin Prezident Mansur Hadini hakimiyyətə qaytarmaq üçün quru, dəniz və hava yolu ilə mühasirəyə aldı.

İndiyə qədər bu hərbi təcavüz on minlərlə yəmənlinin öldürülməsi və yaralanması, eyni zamanda milyonlarla məhrum vətəndaşın didərgin düşməsi və ölkədəki infrastrukturun dağılması, aclıq, yoluxucu xəstəliklərin yayılması ilə nəticələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 17 =