Sərhədlər bağlanıdğı üçün İngiltərədə qida qıtlığı yarana bilər
Fransa və Avropa İttifaqına üzv olan digər dövlətlərin İngiltərə ilə əlaqəni kəsməsi materiklə ada arasındakı gediş-gəlişi dayandırıb.
Yeniavaz.com xarici KİV-ə xəbər verir ki, İngiltərədən çıxan və La-Manş tünelindən keçən nəqliyyat vasitələrinin ölkəyə girməsinə icazə verilmədiyi üçün yolda tıxac yaranıb.
İngiltərədən Aİ və digər yerlərə yük daşıyan maşınlar ölkəni tərk edə bilmir. Bundan əlavə, Avropa İttifaqı və La-Manş Tüneli vasitəsi ilə İngiltərəyə yük gətirən nəqliyyat vasitələri də ölkəyə daxil ola bilmir. İngiltərə isə öz növbəsində sürücüləri COVID-19 testindən keçirərək ən qısa vaxtda cavabı neqativ çıxanları yola salmağa çalışırlar.
Qeyd edək ki, yolda yaranmış bu sıxlığa görə İngiltərədə 2020-ci ilin son günlərində qida qıtlığı yaşana biləcəyi deyilir.