Ölmüş hesab olunan kişi dəfn hazırlıqları zamanı oyandı – FOTO
Hindistanın Andra-Pradeş ştatında ölmüş hesab olunan kişi dəfn hazırlıqları zamanı oyandı.
Bu barədə “Sakshi” xəbər verib.
Hadisənin baş verdiyi kəndin başçısı yerli sakinlərin dediyinə görə iki gündür ağacın altında huşsuz vəziyyətdə yatan naməlum kişini şəxsən müayinə edib. O, kişini ölmüş hesab etdikdən sonra dəfn barədə göstəriş verib.
Kəndin yaxınlığında qəbir qazıldıqda kişi qəfildən ayılıb və oturub. O, dərhal xəstəxanaya aparılıb. Orada tibbi yardım alıb. Lakin bir gün sonra kişi həqiqətən də ölüb.
Polis istintaqa başlayıb.
Oxu.az