ABŞ səfirliyinə hücumla bağlı iddialar Trampın düşdüyü çətin durumu ört-basdır etmək məqsədi daşıyır – İran

ABŞ səfirliyinə hücumla bağlı iddialar Trampın düşdüyü çətin durumu ört-basdır etmək məqsədi daşıyır – İran

“Bu kimi təkrar və əsassız açıqlamalar və ittihamlandırmalar Ağ Ev tərəfindən adət halını almış gözlənilən addımlardır və Trampın ABŞ-da düşdüyü çox çətin vəziyyəti ört-basdır etmək məqsədi daşıyır.”

SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə ölkə mətbuatına açıqlamasında deyib.

O, ABŞ Ordusunun Yaxın Şərq üzrə Mərkəzi Qərargahının (CENTCOM) və prezident Donald Trampın Bağdadda ABŞ səfirliyinə hücumla bağlı iddialarına cavab olaraq, bildirib ki, “səsləndirilən əsasssız açıqlamalar Trampın (uduzduğu seçkilərdə) düşdüyü çətin durumu ört-basdır etmək məqsədi daşıyır.”

İranın, diplomatik obyektlərə hücumu rədd etdiyini bildirən S. Xətibzadə əlavə edib ki, ABŞ səfirliyinə edilən son hücum məsələsində bu ölkənin özü ittihamlandırılır. İran XİN mətbuat katibi bildirib ki, ABŞ və müttəfiqləri belə bir zamanda gərginlik, qarşıdurma və fitnə yaratmaq niyyətindədirlər.

Qeyd edək ki, 22 dekabrda ABŞ səfiriliyi istiqamətdə raketlərin atılmasından sonra Tramp öz rəsmi səhifəsində bir neçə mərmi fotosu paylaşıb və İraqda ABŞ qüvvələrinin ölümündə İranın məsuliyyət daşıdığını deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + seven =