Yüzdən çox insanın ölümündən sonra Sudan-Efiopiya sərhədinə hərbi qüvvələr cəlb edilib

Yüzdən çox insanın ölümündən sonra Sudan-Efiopiya sərhədinə hərbi qüvvələr cəlb edilib

Efiopiya hökuməti Sudanla sərhəddə yerləşən bölgəyə hərbi qüvvələr ezam edib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Efiopiyanın baş naziri Əhməd Abey açıqlama verib.

Rəsmi tvitter səhifəsində, Efiopiyanın Sudanla sərhədində yerləşən Bolin bölgəsində yüzdən çox insanın qətlə yetirilməsinə toxunan baş nazir bildirib ki, ordu sözügedən bölgəyə əlavə hərbi qüvvələr ezam edib.

Efiopiyanın qərbində Sudanla sərhəddə yerləşən Bolin bölgəsi bir neçə həftədir irqçilik zəminində qarşıdurmaların şahididir.

Efiopiya İnsan Hüquqları Kommisarlığı son həftədə bölgədə azı yüz mülki şəxsin qətlə yetirildiyini iddia edib. Bu qarşıdurmalar fonunda Efiopiya ilə Sudan arasında gərginliklər artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − six =