Suriyanın Eyn İsa kəndləri yenidən atəşə tutulub; Türkiyəyə bağlı 24 terrorçu öldürülüb
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Eyn İsa ətrafındakı kəndlərin yenidən bombardman edilməsinə toxunan xəbər mənbələri, qarşıdurmanın başlanğıcından bəri Türkiyəyə bağlı 24 terrorçunun öldürüldüyünü vurğuladı.
Xəbər mənbələri Türkiyə və ona bağlı terrorçuların Rakka vilayətinin (Suriyanın şimalında) Eyn İsa kəndlərinə artilleriya hücumlarının yenidən başladığını bildirir.
Hawar xəbər agentliyi hücumların yeni başladığını və Əl-Muşəyrifə və Cəbhəl kəndlərinin bombalandığını bildirdi. Bu kəndlər Eyn İsadan iki kilometr şərqdə, M-4 Beynəlxalq Magistralın yaxınlığında yerləşir.
Hawar xəbər agentliyi Türkiyəyə bağlı qüvvələrin hücumlarda ağır silahlardan istifadə etdiyini və bölgədəki insanların etiraz etməsinə səbəb olduğunu bildirdi.
Terrorçularla əlaqəli Suriya İnsan Haqları Müşahidə Təşkilatı da hücum xəbərlərini təsdiqlədi və Eiyn İsa sakinlərinin bir çoxunun Türk hücumlarına etiraz etdiklərini bildirdi.
Təşkilat Rusiya hərbçilərinin bu gün səhər öz bazasına 22 yük maşını silah və maddi-texniki təchizat göndərdiyini açıqlayıb.