Suriya: İsrailin raket zərbəsi dəf edildi
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Suriya Hava Müdafiəsi qüvvələri Cümə günü səhər Həmanın qərb ətrafındakı Musəyyəf bölgəsinə Sionist rejimin raket hücumunu dəf etdi.
Suriyanın rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, suriyalı bir hərbi mənbə dedi: Sionist düşmən bu səhər Həmanın qərb ətrafındakı Musəyyəf bölgəsinə doğru çox sayda raket atdı, bunların əksəriyyəti hava müdafiəsi tərəfindən vuruldu.
Sputnik bir təhlükəsizlik qaynağına istinad edərək, Suriyanın Hava Hücumundan Müdafiə qüvvələrinin Həmanın yaxınlığındakı Musəyyəf bölgəsindəki bir elmi araşdırma mərkəzini hədəf alan hücumları dəf etdiyini söylədi.
Mənbə əlavə etdi: “İsrail qırıcıları Livan üzərindən Musəyyəfdakı elmi araşdırma mərkəzinə çoxlu sayda raket atdı, bunların çoxu hədəfi vurmazdan əvvəl Suriya Hava Müdafiəsi tərəfindən zərərsizləşdirildi.
Sputnik-ə istinadən, ilkin məlumatlarda ziyanın sırf maddi olduğu bildirilir.