Yəməndə mülki yaşayış məntəqələri hədəfə alındı
Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri Yəmənin şimalındakı Səada vilayətindəki yaşayış məntəqələrinə hücum reallaşdırıb.
Bu barədə paytaxt Sənadakı hökumətə tabe olan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda vurğulanır ki, bölgədəki kəndlərə təkcə dünən 30-dan çox top və raket mərmisi atılıb.
Hücumlar nəticəsində onlarla mülki şəxsin öldüyü və yaralandığı qeyd olunur.