Misir Qəzza zolağındakı səfirliyini boşaltdı

Misir Qəzza zolağındakı səfirliyini boşaltdı

Eastnews.org-un verdiyi xəbərə görə, məlumatlı mənbələr Misirin bu gün səhər Qəzza zolağındakı səfirliyini boşaltdığını və Qahirəyə köçürdüyünü söyləyib.

Mənbələrin bildirdiyinə görə, Qəzza zolağındakı Misir səfirliyinin təxliyəsi bu səhər baş verib.

Məlumata görə, Misirin Qəzza zolağındakı səfirliyinin boşaldılması bu həftənin çərşənbə günü 6 diplomatdan ibarət Misir nümayəndə heyəti Rəfah sərhəd-keçid məntəqəsi ilə Qəzza zolağına daxil olarkən baş verib.

İsrail rejimi mediası “Makan” da 6 nəfərlik Misir nümayəndə heyətinin Qəzza zolağına girdikdən sonra ərazidəki Qahirə səfirliyini boşaltdığını və səfirliyi Qahirəyə köçürdüyünü bildirib.

Qəzza zolağındakı Qahirə səfirliyinin boşaldılması ilə bağlı əlavə məlumat verilməyib.

Misir rəsmiləri hələ məsələ ilə bağlı rəsmi bir açıqlama verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − one =