Həmas: Mərakeşin Sionist rejimlə uzlaşması təəssüf doğurur
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) Cümə günü Məğrib və Sionist rejim arasındakı münasibətlərin normallaşdığını elan edən ortaq bir açıqlamaya cavab olaraq, onu qınadı və ərəb ölkələrinin Tel-Əvivlə uzlaşmasının təhlükəli nəticələri barədə xəbərdar etdi.
Həmas: “Bir daha Ərəb ölkələrinin düşmənlə münasibətləri normallaşdırmaq üçün tələsik hərəkət etməsinin təhlükəsi haqda xəbərdar edirik və Ərəb ölkələrinin düşmənlə münasibətləri normallaşması üçün irəli sürdüyü razılaşmaları qəti şəkildə rədd edirik.” – dedi.
Həmas əlavə etdi: “İslami bir partiyanın liderinin əlləri Fələstin xalqının qanına boyanan bir hərbi cinayətkarın yanında dayanması acınacaqlı və acı bir səhnədir.”
Bəyanatda Mərakeş Baş nazirinin Ədalət və İnkişaf Partiyası Baş katibinin normallaşma bəyannaməsini imzalaması partiyanın prinsip və mövqeyinin pozulması kimi xarakterizə edilib.
Həmas prinsiplərin və təməllərin əsla dağıdılmayacağını və müvəqqəti maraqların və siyasi uğurların İslam ümmətinin hesabına nəzərə alınmayacağını ifadə edərək, ölkələrin öz maraqları naminə Fələstin xalqından sui-istifadə etməsini pisləyib.
Bəyanatda Fələstin xalqının yanında olma iddiasının Fələstin xalqının düşməni ilə əlaqə və iş birliyi ilə uyğun gəlmədiyi də bildirilib. Həmas açıqlamada bildirib:
“İşğalçı rejimin normallaşmalardan sui-istifadə edərək Qüds və Məscidi-Əqsaya qarşı təcavüzünü gücləndirəcəyinə əminik. Həmas nəhayət Mərakeş Ədalət və İnkişaf Partiyasını mövqeyini yenidən nəzərdən keçirməyə çağırdı.