Qasimul-Cabbarin adlı qrup ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya konvoylarına hücumla bağlı məsuliyyəti üzərinə götürüb

Qasimul-Cabbarin adlı qrup ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya konvoylarına hücumla bağlı məsuliyyəti üzərinə götürüb

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Əl-Mayadin İraq KİV-lərinə istinadən, İraqdakı Qasimul-Cabbarin qrupunun ABŞ-ın İraqdakı koalisiya hərbi konvoyuna hücumun məsuliyyətini öz üzərinə götürdüyünü xəbər verib.

Bu qrup işğalçıların (ABŞ və müttəfiqlərinin) bütün qruplarını və hərbi konvoylarını izlədiyini də vurğuladı. Əlavə etdi: Onlara vuracağımız zərbələr dəqiq, səmərəli və səhvsizdir.

Bundan əvvəl ABŞ-ın dörd hərbi konvoyu hədəf alınmışdı. Qasimul-Cabbarin qrupu bundan sonra da işğalçıların mövqelərinə qarşı oxşar əməliyyatlar aparılacağına dair söz verdi.

Son aylarda İraq müqavimət qrupları ABŞ-ın Bağdaddakı səfirlik və ölkənin digər bölgələrində BMT qüvvələrinin pərdəsi altında fəallaşdığı haqda xəbərdarlıq etmişdi.

Onlar ABŞ-ın işğalçı qüvvələrinin hərəkətlərini yaxından izlədiklərini və istəsələr, onlara ağır zərbələr endirə biləcəklərini də vurğuladılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − three =