Mingəçevirdə yaşayış binasında yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib
Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 47 m² olan mənzildə tavan (lambirdən ibarət) 5 m² sahədə və ev əşyaları yanıb.
Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmiş vəziyyətdə yanğınsöndürənlər tərəfindən xilas edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.