İsraildən Qəzzaya hava hücumu: 6 yaşlı uşaq yaralandı

Az.shafaqna.com SANA-ya istinadən xəbər verir ki, İsrail mühasirədə saxladığı Qəzza sektoruna hava hücumu edib.
Zərbələr ət-Tuffah, Deyr əl-Bəlaha, həmçinin əl-Breyc qaçqın düşəgəsinə endirilib.
Nəticədə bir kişi və 6 yaşlı qızz uşağı yaralanıb.
Həmçinin infrastruktur və fələstinlilərin mülklərinə zərər dəyib.
Xatırladaq ki, İsrailin bu cür hücumları nəticəsində onminlərlə dinc sakin həyatını itirib, yaralanıb.