Hindistan polisi son həftədə Kəşmir Muxtariyyətində 75 siyasətçi və fəalı həbs edib

Hindistan polisi son həftədə Kəşmir Muxtariyyətində 75 siyasətçi və fəalı həbs edib

Hindistan ordusu və polsi qüvvələri son seçkilərdən sonra həyata keçirdikləri həbslər çərçivəsində azı 75 siyasətçini və fəalı saxlayıblar.

SalamNews Reuters-ə istinadla xəbər verir ki, bu barədə Hindistanın Daxili İşlər Nazirliyi və Kəşmirdə siyasi partiyaların mənbələri məlumat veriblər.

Bildirilib ki, hökumət qüvvələri son yerli seçkilərdən sonra Kəşmir Muxtariyyətində 75 siyasi partiya lideri və siyasi fəalı həbs ediblər.

Hindistanın polis mənbələri bildirib ki, bu həbslər, son seçkilərdə “Muxtariyyətin Siyasi Partiyaları Koalisiyası”nın qalib gəlməsindən sonra, gərginliklərin baş qaldırmaması üçün həyata keçirilib.

Hindistan polisi mənbələri iddia edib ki, tutulanlar əsasən separatçılar və qadağan edilmiş islamçı qrupların üzvləridirlər.

Kəşmirin “Milli Konqresi”nin sözçüsü İmran Nəbidar bildirib ki, bu həbslər Kəşmir xalqının hüquqlarını məhdudlaşdırmaq məqsədi daşıyır.

Qeyd edək ki, Hinditan baş naziri Narendra Modinin partiyasının səylərindən sonra ötən il Kəşmirin statusu ləğv edilib. Bundan sonra Kəşmir daxilində, eləcə də, Pakistanla sərhəd cəbhəsində ciddi gərginlik yaranıb. Hindistanın nəzarətində olan Kəşmirdə keçirilən və bir həftə öncə bitən yerli seçkilər, baş nazirin birtəfəli qərarından sonra keçirilən ilk seçkilər hesab edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 3 =