Rusiyada dəhşətli hadisə: 3 nəfər DİRİ-DİRİ YANDI
Rusiyanın Xakasiya əyalətində güclü yanğın baş verib.
Sonxeber.az “RİA Novosti”yə istinadla xəbər verir ki, hadisə Sorsk şəhərində qeydə alınıb.
Belə ki, fərdi evdə baş verən yanğının söndürülməsindən sonra ərazidə üç nəfərin meyiti tapılıb.
Hazırda ölənlərin şəxsiyyətləri müəyyən edilir. Yanğının səbəbi və ölüm şəraiti istintaq orqanları tərəfindən araşdırılır.