Livanda suriyalı qaçqınların düşərgəsini yandıranlar həbs edilib

Livanda suriyalı qaçqınların düşərgəsini yandıranlar həbs edilib

Ötən həftənin şənbə günü Livanın şimalında minlərlə suriyalı qaçqının qaldığı düşərgəni yandıran şəxslər həbs edilib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Livan polisinin ölkənin şimalında əl-Minyə rayonunda apardığı əməliyyat çərçivəsində 6 livanlı və suriyalı həbs edilib.

Bu şəxslər ötən həftənin şənbə günü suriyalı qaçqınların düşərgələrini yandırmaqda ittiham edilirlər.

Bu düşərgənin yandırılmasından sonra minlərlə suriyalı qaçqın sığınacaqsız qalıb.

Bu arada Suriya Xarici İşlər Nazirliyi bəyanat verərək, ölkə vətəndaşlarını terrorçu qruplaşmalardan azad edilən bölgələrə qayıtmağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + 7 =