Həşdi Şəbi: ABŞ-ın Kərkükdən çəkilməsi ilə vilayətə təhlükəsizlik geri döndü

Həşdi Şəbi: ABŞ-ın Kərkükdən çəkilməsi ilə vilayətə təhlükəsizlik geri döndü

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Bir Həşdi Şəbi komandiri ABŞ əsgərlərinin Kərkük vilayətindən geri çəkilməsi ilə vilayətdə xarici İŞİD-dən əsər-əlamət qalmadığını söylədi.

İraqın şimal hissəsindəki Həşdi Şəbi əlaqələrinin rəhbəri Əli Əl-Hüseyni Kərkük vilayətinin xarici İŞİD-dən tamamilə təmizləndiyini açıqladı. Əl-Məlumə veb saytına verdiyi açıqlamada ABŞ qüvvələrinin Kərkükdən çəkildiyi gündən etibarən təhlükəsizlik və sabitliyin 95 % artdığını və amerikalıların olduğu yerlərdə təhlükəsizlik problemləri və böhranlar olduğunu söylədi.

Əli əl-Hüseyni: “ABŞ qüvvələri geri çəkildikdən sonra, xarici İŞİD terrorçuları da gizləndi və son aylarda təmizləmə əməliyyatları zamanı onlardan əsər-əlamət qalmadı. Bu da ABŞ qüvvələrinin geri çəkilməsinin İraqdakı təhlükəsizlik vəziyyətinə müsbət təsirini göstərir.” – deyə bildirib.

Onun sözlərinə görə, Amerika qoşunlarının bölgədən çıxarılması ilə təhlükəsizlik səviyyəsi yalnız Kərkükdə deyil, Salahəddin vilayətində də artmışdır.

O, ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiya qüvvələrinin Kərkük hava bazasından çıxdığını və avadanlıqların İraq təhlükəsizlik qüvvələrinə təhvil verildiyini elan etdi. Bir həftə əvvəl ABŞ koalisiya qüvvələri Neynəva əyalətindəki Əl-Qəyyarə bazasından geri çəkilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × three =