Hizbullah Livandakı bir suriyalı qaçqın düşərgəsinin yandırılmasını qınadı
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Hizbullah hərəkatı bazar ertəsi günü Livanın şimalında bir suriyalı qaçqın düşərgəsinin yandırılmasını qınadı və günahkarların cəzalandırılmasına çağırdı.
Livanın Əl-Məanar şəbəkəsinə istinadən bildirilir ki, Hizbullah Hənin şəhərində suriyalı qaçqınların çadırlarının yandırılmasını pislədi və baş verənləri günahsız Suriya vətəndaşlarına qarşı cinayət adlandırdı. Səlahiyyətli orqanları bu cür ağrılı hadisələrin təkrarlanmasının qarşısını almağa çağırdı.
Hizbullah Livan xalqı və suriyalılar arasında əməkdaşlıq və qardaşlıq ruhunun qorunmasının vacibliyini də vurğuladı. Suriya hökuməti onları və müxtəlif ölkələrdəki digər suriyalı qaçqınları Livanın şimalındakı Livan qaçqın düşərgəsi yandırıldıqdan sonra, ölkələrinə dönməyə çağırdı.
Livan ordusu dünən bir qrup livanlı ilə bir çox suriyalı işçi arasındakı mübahisənin Hənin şəhərinin Əl-Məniyyə bölgəsindəki qeyri-rəsmi suriyalı qaçqın düşərgəsinin yandırılmasına səbəb olduğunu bildirib. İndiyə qədər hadisə ilə əlaqədar iki livanlı və altı suriyalı olmaqla səkkiz nəfər həbs olundu.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının verdiyi məlumata görə, düşərgənin 370 sakini qaçmaq məcburiyyətində qalıb və ən azı dörd nəfər yaralanaraq xəstəxanaya aparılıb.
Livan səlahiyyətliləri ölkədəki Suriyalı qaçqınların sayını 1,5 milyona qiymətləndirir və bunlardan təxminən 1 milyonu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında qeydiyyatdan keçib.
Suriyalı qaçqınlar Livanda çətin şərtlərdə yaşayırlar və vəziyyətləri “Corona virusu” yayıması və iqtisadi böhranın ardından Beyrut limanında keçən avqust ayında baş verən fəlakətli partlayışdan sonra daha da pisləşib.