Afrikada terror: Günahsız insanlar qətlə yetirildi
Az.shafaqna.com SONNA-ya istinadən xəbər verir ki, Somalinin Cuba əyalətində terror aktı törədilib.
Partlayış mülki avtomobilin minaya düşməsi nəticəsində baş verib.
Hadisə nəticəsində biri 6 aylıq körpə olmaqla, 7 nəfər həyatını itirib.
Hələ heç bir terror qruplaşması hücumun məsuliyyətini öz üzərinə götürməyib.
Qeyd edək ki, bölgədə “əş-Şəbab” terror təşkilatı fəaliyyət göstərir.