Suriyada yerli sakinlər ABŞ hərbi maşınlarını daşa basdı
Suriyanın şimal-şərqindəki Əl-Hasəkə bölgəsində patrul xidmətini çəkən işğalçı ABŞ əsgərlərinin hərbi maşınları yerli sakinlər tərəfindən daşa basılıb.
Deyerler.org xəbər verir ki, Suriyanın dövlət televiziyası Alikhbariya-nın reportajında belə deyilir: “Sakinlər amerikalı işğalçıların patrul xidmətini ələ keçirərək, Qamışlının şərqindəki əl-Kahtaniya qəsəbəsi yaxınlığında nəqliyyat vasitələrinə daş atdılar”.
ABŞ-ın silahlı qüvvələri Suriya Demokratik Qüvvələri (DSQ) adlanan silahlı birləşmələrlə birlikdə, Suriyanın neftlə zəngin şimal və şimal-şərqinə qanunsuz olaraq nəzarət edir.
Dəməşq dəfələrlə ABŞ-ın bölgədəki hərbi mövcudluğunun məqsədini “oğurluq” və “dövlət quldurluğu” kimi xarakterizə edib.