Almaniyada 8 nəfərə səhvən 5 qat daha çox peyvənd vuruldu
Almaniyada fəaliyyət göstərən qocalar evinin işçilərinə koronavirus peyvəndinin tətbiqində ciddi səhvə yol verilib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Meklenburq-Vorpommern əyalətinin Stralsund şəhərində qeydə alınıb. Qərb KİV orqanları yazır ki, səkkiz nəfərə 5 qatdan çox dozada peyvənd vurulub.
Vorpommern-Rügen polis şöbəsinin rəisi Stefan Kers mətbuata açıqlamasında sözügedən şəxslərin xəstəxanaya yerləşdirildiyini bildirib.
Almaniya mediasında yer alan xəbərə görə, “BioNTech” şirkəti tərəfindən göndərilən 5 dozalı vaksin flakonu təkcə bir insana tətbiq edilib.