Yaponiya Çinlə bağlı ABŞ-a kömək edib
Eastnews.org-un verdiyi xəbərə görə, Yaponiya hökuməti Çinin Sincan-Uyğur Muxtar Regionundakı (SUMR) vəziyyət barədə gizli şəkildə məlumatları ABŞ və Böyük Britaniyaya ötürüb. Bu barədə Yaponiya və Amerika mənbələrinə istinadən “Kyodo” agentliyi xəbər verib.
Xəbərə görə, bu məlumatlar Vaşinqton tərəfindən insan haqlarının pozulması ittihamları və Pekinə qarşı sanksiyaların tətbiqi üçün istifadə edilib.
Məlumata görə, Tokio SUMR haqqında kəşfiyyat məlumatlarını Vaşinqton və Londonun bu məlumatların mənbəyini ictimaiyyətə bildirməmələri şərtiylə təmin edib.