İsrail son beş gündə ikinci dəfə Suriya ərazisinə aviazərbələrlə təcavüz edib, ölənlər var (VİDEO)
İsrail Dəməşqətrafı əyalətə bir neçə raket zərbəsi endirib. Havadan müdafiə sistemləri hərəkətə keçib.
SalamNews bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA-a istinadla xəbər verir.
Bildirilib ki, ötən gecə saat 01.30 radələrində İsrail əl-Cəlil səmasından Dəməşqətrafı əyaləti hədəfə alıb.
Zəbədani rayonunun Nəbi-Habil mənqətəsində havadan müdafiə sistemləri hərəkətə keçib və raketlərin bəzisini zərərsizləşdirib.
Məlumata görə bir hərbçi həyatını itirib və üçü yaralanıb.
Maddi ziyanların dəydiyi bildirilir.
İsrailin bu təcavüzü son 5 gündə ikinci təcavüz hesab edilir.
Suriyanın Colan Yüksəkliklərini işğal edən İsrail, bu hücumları, İran və Hizbullahla əlaqələndirir.