İsveçdəki məscidlərdən biri islamofoblar tərəfindən təhdid edildi

İsveçdəki məscidlərdən biri islamofoblar tərəfindən təhdid edildi

Az.shafaqna.com SVT-a istinadən xəbər verir ki, naməlum şəxslər İsveçin Upsala şəhərindəki məscid icmasına təhdiddolu məktub göndəriblər.

Məscid rəsmisi Şadi Kasskina bildirib ki, konvertin içində naməlum ağ rəngli toz olub.

“Biz toxa toxunmadıq. Dərhal polisə xəbər verdik. Kağızda yazılmışdı: “Biz sizi burada istəmirik”, – deyə o qeyd edib və məscid əhlinin özünü təhlükəsiz hiss etmədiyini və bu cür halın daha öncə də yaşandığını əlavə edib.

“Məscidi daha öncə də təhdid ediblər”, – deyə o bildirib.

Polisin məlumatına görə, konvertdəki tozun təhlükəli olmadığını müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 4 =