Sionist gəlmə turistlər BƏƏ otellərindən bacardıqlarını oğurlayıblar

Sionist gəlmə turistlər BƏƏ otellərindən bacardıqlarını oğurlayıblar

İsrail rejimi ilə Birləşmiş Ərəb Əmirlikləri arasında hava səyahətinin başlamasından cəmi bir ay sonra sionist rejimdən gələn turistlərin BƏƏ-də otellərdən bacardıqları hər şeyi oğurladıqları bildirilir.

Deyerler.org xəbər verir ki, bir israilli iş adamı sionist rejimin “Yedioth Ahronoth” qəzetinə açıqlamasında bunları deyib: “Uzun illərdir BƏƏ-yə gedirəm və orada ticarətlə məşğul oluram, amma keçən ay qaldığım otelə gələndə İsrail rejimindən gələnlərin oteldən çıxmazdan əvvəl baqajının açılmalı olduğunu və oğurlanmış əşyaların axtarıldığını gördüm”.

Dubayda Bürc Əl-Xəlifənin qarşısındakı bir otelin meneceri də bunları təsdiqləyir: “Dünyanın hər yerindən yüzlərlə turist qəbul edirik və az sayda turist problem yaradır. Bu yaxınlarda dəsmal və hətta işıq kimi, daşıya biləcəkləri hər şeyi oğurlayan İsrail rejimindən otelə gəlmiş turistlərimiz var”.

“Yedioth Ahronoth” qəzeti BƏƏ-də bir otel müdirindən sionistlərin otellərdən nə oğurladığını söyləməsini istədiyini soruşduqda belə cavab alıb: “İki uşağı olan bir ailə oteldən çıxmaq üzrə idi və otaqlarında bəzi şeylərin çatışmadığını gördük. Otelin qəbul şöbəsinin əməkdaşı itən əşyaların izah edilməsini xahiş etdikdə, iğtişaş saldılar və mübahisə etdikdən sonra çantalarını açmağa və yoxlamağa razı oldular.

Çantalarında buz vedrələri, qaşıq və çəngəllər, dəsmal və digər əşyalar olduğunu gördük və polisə xəbər verəcəyimizi söylədikdə, əşyaları qaytarmağa və üzr istəməyə razı olduqlarını söylədilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × five =