Yəmən hava limanında nazirlərin səfəri zamanı şiddətli partlayış törədilib (VİDEO)

Yəmən hava limanında nazirlərin səfəri zamanı şiddətli partlayış törədilib (VİDEO)

Yəmənin yeni hökumət nazirlərinin Ədən şəhərinin hava limanına gəlişi zamanı şiddətli partlayış törədilib.

SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanın və beynəlxalq təşkilatların dəstəklədiyi Yəmən hökumətinin nazirlərinin Ədən hava limanına düşdüyü zaman şiddətli partlayış törədilib.

Partlayışdan sonra atışma səsləri eşidilib.

Nazirlərin heç biri xəsarət almayıb, lakin onlarla ölən və yaralananların olduğu deyilir.

Bu hücumu hələ heç kim öhdəsinə götürməyib.

Qeyd edək ki, Yəmənin cənubunda separatçı “Cənubun Keçid Şurası” ilə (Səudiyyə Ərəbistanı və beynəlxalq təşkilatıların dəstəklədiyi) Yəmən hökuməti qüvvələri arasında qarşıdurmalardan sonra ər-Riyad anlaşması əldə edilmiş və ölkənin cənubunun idarə edilməsilə bağlı tərəflər razılığa gəlmişdilər. Ölkənin mərkəzi və şimal əyalətlərini isə Ənsarullah hərəkatının (husilər) dəstəklədiyi hökumət idarə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 13 =