İran, Rusiya və Çin Körfəzdə hərbi baza yarada bilər
İran, Rusiya və Çin Körfəzdə hərbi baza yarada bilər.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran hökumətinin sözçüsü Əli Rəbii bununla bağlı ona ünvanlanan suala cavabında bildirib.
O deyib ki, İranın Rusiya və Çinlə dostluq əlaqələri yüksək səviyyədədir və bu münasibətləri siyasi-iqtisadi aspektlərdə dərinləşdirmək üçün heç bir məhdudiyyət yoxdur: “İran və Rusiya arasında müdafiə sahəsi də daxil olmaqla müxtəlif sahələrdə yaxşı əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq, ikitərəfli səviyyə ilə yanaşı, regional səviyyədə də həyata keçirilir”.