Ənsarullah: “Ədəndəki partlayışların bizimlə heç bir əlaqəsi yoxdur”
Eastnews.org-un verdiyi xəbərə görə, “Ənsarullah” hərəkatı Yəmənin cənubundakı Ədən aeroportuna edilən hücuma münasibət bildirib.
Bu barədə “Ənsarullah”ın siyasi bürosunun üzvü Məhəmməd əl-Bəhiti açıqlama verib.
Bəhiti istefa verən Yəmən hökumətinin ittihamlarına cavab olaraq, Ədən aeroportundakı partlayışların hərəkatla heç bir əlaqəsi olmadığını söyləyib.