İsrail əsgərləri fələstinliləri həbs etdi

İsrail əsgərləri fələstinliləri həbs etdi

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, İsrail əsgərləri işğal altında saxladıqları İordan çayının Qərb sahilində yerləşən Ramallah şəhərində növbəti həbsləri həyata keçiriblər.

Şahidlərin sözlərinə görə, 5 fələstinli tutulub, onların avtomobili müsadirə edilib.

Fələstinlilər müqavimət göstərməyə çalışanda, İsrail əsgərləri gözyaşardıcı qaz, rezin və həqiqi döyüş güllələrindən istifadə ediblər.

Xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Qeyd edək ki, İsrail tez-tez bu cür əsassız həbslər həyata keçirir.

Rəsmi məlumatlara görə, İsrail həbsxanalarından minlərlə fələstinli saxlanılır və onlar arasında çox sayda uşaq və qadınlar da var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 5 =