Şəhid Hacı Qasim Süleymaninin öldürülməsinə dair 4 min vərəq sənəd prokurorluğa təhvil verildi

Şəhid Hacı Qasim Süleymaninin öldürülməsinə dair 4 min vərəq sənəd prokurorluğa təhvil verildi

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Qüds Qüvvələri Komandirinin müavini sənədlər toplandıqdan sonra İraq, Suriya və Livanda ilkin araşdırmalar üçün üç mütəxəssis qrupu yaradıldığını bildirib.

Bu gün General Məhəmməd Hicazi Qasim Süleymani və onun yoldaşlarının öldürülməsi ilə bağlı istintaq aparan məsul qurum nümayəndələrinin iştirakı etdiyi toplantıda deyib:

“Tədqiqat aparıldıqdan sonra sui-qəsd və onu törədənlər barədə 4000 vərəqlik sənəd prokurorluğa təhvil verildi.”

Bu tədbir və araşdırmalar İraqda da həyata keçirilir. General Hicazi Hacı Qasim Süleymaninin öldürülməsi və şəhid olması ilə əlaqədar Hərəm müdafiəçilərinin şəhid ailələri adından mənəvi təzminat almaq üçün 1000 səhifə sənədlərə əlavə edilmiş 260 səhifəlik vəsatət qaldırıldığına da diqqət çəkib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + six =