Kərbəlada İraq müqavimətinin şəhidlərinin simvolik dəfn mərasimi təşkil edilib (Fotolar)

Kərbəlada İraq müqavimətinin şəhidlərinin simvolik dəfn mərasimi təşkil edilib (Fotolar)

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri Komandiri General Qasim Süleymani və Həşdi Şəbi təşkilatı rəhbərinin müavini Əbu Mehdi Əl-Mühəndisin Bağdad hava limanına gedən yolda Amerika terrorçuları tərəfindən şəhid edilməsinin birinci ildönümü ərəfəsində Kərbəla iki şəhidin və yoldaşlarının simvolik dəfn mərasiminə şahid oldu.

İraq Həşdi Şəbi təşkilatı əvvəllər Bağdad hava limanı yolunda Amerikanın hücumu zamanı şəhid olan qalib komandirlərin və onların yoldaşlarının, habelə ABŞ-ın Əl-Ənbar vilayətindəki Həşdi Şəbi mövqelərinə endirdiyi hava hücumlarında şəhid olan şəhidlərin simvolik olaraq dəfn edilməsinə çağırış etmişdi.

Bundan əvvəl İraq Həşdi Şəbi təşkilatının məlumat mərkəzi bu ayın sonuna qədər həm rəsmi, həm də ictimai sahələrdə bu şəhidlərin şəhid olmasının birinci ildönümü münasibətilə İraqın hər yerində bir neçə mərasim təşkil edildiyini elan edib.

İşğalçıları qovmağın və İraqın suverenliyini bərpa etməyin zəruriliyini vurğulamaq üçün “Şəhidlik və Suverenlik” şüarı da şəhid komandirlərin anımının birinci ildönümünün əsas şüarı olaraq seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × one =