İranın qisasından qorxan ABŞ B-52 təyyarəsini Fars Körfəzinə göndərdi
ABŞ Mərkəzi Qüvvətlər Komandanlığının (CENTCOM) Qərbi Asiya bölgəsindəki komandiri general Kennet Frank Makkenzi iki bombardmançı təyyarənin Fars körfəzi üzərindən uçuşu şərh edərkən Vaşinqtonun İranla münaqişə axtarmadığını söyləyib.
Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, ABŞ Hava Qüvvələrinə məxsus bombardman təyyarələri 45 gün ərzində üçüncü dəfə Fars körfəzi üzərində uçub. Vaşinqton, uçuşların məqsədinin, SEPAH-ın Qüds Qüvvələrinin komandiri şəhid general-leytenant Qasım Süleymaniyə sui-qəsdin ildönümündə qisas alma ehtimalı fonunda İranı xəbərdar etmək olduğunu söyləyib: “ABŞ mümkün düşmən hərəkətlərinin qarşısını almaq və amerikalılara və ya onların maraqlarına qarşı hər hansı bir təcavüzə cavab verməyə hazır olduğunu nümayiş etdirmək üçün ABŞ Mərkəzi Komandanlığının ixtiyarında olan bölgələrdə döyüş avadanlığı yerləşdirməyə davam edir.
Biz münaqişə istəmirik, amma heç kim hər hansı bir hücuma cavab olaraq qüvvələrimizi müdafiə etmə qabiliyyətimizi və ya qətiyyətli addım atmaq bacarıqlarımızı sınamamalıdır”.