Səudiyyə Yəmən paytaxtını bombardman etdi

Səudiyyə Yəmən paytaxtını bombardman etdi

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin paytaxtı Səna şəhərinə zərbələr endirib.

Şahidlərin sözlərinə görə, partlayış səsləri şəhərin cənub kvartallarından gəlib.

Bildirilir ki, azı 8 zərbə endirilib.

Həyatını itirənlər və yaralananların sayı barədə məlumat verilməyib.

Xatıradaq ki, sözegedən koalisiya artıq bir neçə ildir Yəmən və onun xalqına qarşı işğalçı və təcavüz siyasəti yürüdür. Koalisiya mülki obyektlərə – evlər, məktəblər, xəstəxanalar, yas məsclisləri, su və qida anbarlarına belə zərbələr endirməkdən çəkinmir. İndiyədək qadın, uşaq və yaşlılar da daxil olmaqla, onminlərlə dinc sakin həyatını itirib və yaralanıb. Koalisiyanın ölkənin hava, su və qurudan blokadaya salması nəticəsində isə ölkə əhalisinin böyük hissəsi aclıqdan əziyyət çəkir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 4 =