İran İraqa qaz ixracını bərpa edib

İran İraqa qaz ixracını bərpa edib

İran İraqa qaz ixracının miqdarını yarıya endirdikdən sonra yenidən bu ixrac prosesini bərpa edib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İranın Enerji naziri Rza Ərdəkaniyan İraqın öhdəsində olan milyardlarla dollar qaz borcundan 700 milyon dollarının ödənildiyini bildirib.

Məlumata görə bundan sonra İran İraqa olan qaz ixracı prosesini əvvəlki qaydada bərpa edib.

Qeyd edək ki, Amerikanın sanksiyaları nəticəsində İranın Milli Qaz Şirkətinə məxsus təxminən 3 milyard dollar pulu İraq banklarında bloklanmış vəziyyətdə qalmışdı.

Bundan savayı İraq elektrik enejisi ixracı və sair məsələlərdən dolayı İrana iki milyard dollar ödəməli idi. ABŞ sanksiyalarına görə İraq bu məbləğləri İran tərəfə ödəməkdə çətinlik çəkirdi. Sonuncu dəfə ötən ay ABŞ Dövlət Katibliyi məsələ ilə bağlı bəyanat vermiş, İrandan elektrik enerjisi almaq üçün, İraqa, daha üç ay möhlətin verildiyini bəyan etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − one =