Suriya və İraq iqtisadi-ticari məsələləri müzakirə etdi
Az.shafaqna.com SANA-ya istinadən xəbər verir ki, İraqın ticarət naziri Əla Əhməd əl-Caburi və Suriyanın Bağdaddakı səfiri Səttam Cədan əd-Dəndah ölkələr arasınkı iqtisadi, ticari və investisiya münasibətlərinin möhkəmlədilməsini müzakirə ediblər.
İraqlı nazir səfirlə görüşdə ölkəsinin Suriya ilə bütün səviyyələrdə münasibətləri möhkəmlətmək və inkşaf etdirmək istəyini ifadə edib. Əl-Caburi İraq-Suriya münasibətlərinin bütün sahələrdəki xüsusi rolunu qeyd edərək onların inkişafının davamını zəruriliyini vurğulayıb.
Suriyalı səfir jurnalistlərə ölkəsinin bütün səviyyələrdə İraqla əməkdaşlıq etməyə hazır olduğunu təsdiq edib. O, Suriyanın mühüm sazişlər imzalamaq və onları həyata keçirməyə can atdığını qeyd edib.
Əd-Dəndahın sözlərinə görə, görüş zamanı İraq-Suriya sazişlərinin aktivləşdirilməsi yolları müzakirə edilib və onlara uyğun olaraq, iki tərəf arasında tezliklər görüşlərin keçirilməsi nəzərdə tutulur.
Görüş zamanı həmçinin digər məsələlərdə müzakirə edilib.