Əfqanıstanda partlayışlar törədilib, ölənlər və xəsarət alanlar var

Əfqanıstanda partlayışlar törədilib, ölənlər və xəsarət alanlar var

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində bomba partlayışı nəticəsində bir nəfər həlak olub.

Bu barədə Sonxeber.az “Anadolu” agentliyinə istinadən xəbər verir.

Nanqarhar əyaləti qubernatorunun administrasiyasının nümayəndəsi Ataullah Xoqiani bildirib ki, partlayıcı qurğu Cəlilabad şəhərində yolda qoyulub.

Partlayışa görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Kabildə də minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində bir nəfər həlak olub, daha iki nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 2 =