ABŞ əsgərləri Suriyada 12 yaşlı uşağı qətlə yetirdilər
Az.shafaqna.com SANA-ya istinadən xəbər verir ki, Suriyanın Həsəkə əyalətinin cənubunda yerləşən əş-Şəddadi şəhərində ABŞ hərbçiləri 12 yaşlı uşağı güllələyərək qətlə yetiriblər.
Yerli mənbələrin məlumatına görə, adıçəkilən şəhərdə qeyri-qanuni bazada yerləşdirilmiş ABŞ əsgərləri baza yaxınlığında oynayan uşağa güllə atıblar və nəticədə də uşaq dünyasını dəyişib.
Mənbədən qeyd edilir ki, ABŞ bu yolla ABŞ dəstəkli “Kasad” terror qruplaşmasını qəbul etməyən yerli sakinləri qorxutmağa çalışır.
Xatırladaq ki, bu, ABŞ hərbçilərinin Suriyada dinc sakinləri qətlə yetirməsi ilə bağlı ilk fakt deyil. ABŞ-ın keçirdiyi hava hücumları nəticəsində Suriya qadın, uşaq və qocalar da daxil olmaqla, çox sayda dinc sakin qətlə yetirilib.