Qüds Qüvvələri Komandiri: Ola bilsin ki, Şəhid Süleymaninin öldürülməsinə görə ABŞ-ın daxilindən kimsə cavab verdi

Qüds Qüvvələri Komandiri: Ola bilsin ki, Şəhid Süleymaninin öldürülməsinə görə ABŞ-ın daxilindən kimsə cavab verdi

Sizinyol xarici mediaya istinadən xəbər veirr:

İnqilab Keşikçiləri Qüds Qüvvələri komandiri ABŞ-a xitabən dedi: “Evinizin içərisində Şəhid Süleymaninin öldürülməsi cinayətinizə cavab verəcək insanların ola biləcəyinə əmin ola bilərsiniz.”

Bu gün səhər Tehran Universitetində General Hacı Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndis və ətrafının şəhid olmasının birinci ildönümü zamanı təşkil edilən mərasimdə General İsmayıl Qaani bunları söylədi:

İnqilabın Ali Rəhbəri Şəhid Süleymanini üç fəxri medalla təltif etdiyi son çıxışında onu İran milləti və İslam ümmətinin qəhrəmanı və müstəmləkəçi qüdrətləri məğlubiyyətə uğradan qəhrəman adlandırıb.

Əlavə etdi: Şəhid Süleymanidən nümunə götürmək istəyən bütün gənclər onun müqavimət adamı olduğunu, ancaq müqaviməti öz daxilindən başlatdığına diqqət yetirməlidir. Şəhid Süleymani ibadət, səmimiyyət, fədakarlıq və bütün insani və islami dəyərlər özündə birləşdirmişdi.

Bu gün Fələstində bu yüksək məqamlı şəhidin şəhadətinin ildönümündə təlimlər keçirən qəhrəmanları görürük. Halbuki, əvvəllər burada bir dəfə də olsun güllə atmaq mümkün deyildi.

Livanda işğalçı rejimin şəhid etdiyi bir mücahidə görə onu üç aydır təhdid edən bir bayraqdarı görürük. İşğalçı rejim Livanla sərhəddə qoşun yerləşdirsə belə, qorxusundan heç bir addım ata bilmir.”

Şəhid Süleymani və uzun müddətdir silahdaşı olan Şəhid Əbu Mehdi Əl-Mühəndis və müqavimət şəhidləri daxil olmaqla bütün şəhidlərin xatirəsini əziz tuturuq. Bu əzəmətli mərasim bu şəhidlərin şərəfinə keçirilib.

General Qaani dedi: “Qüds Qüvvələrinin yolu və müqavimət ABŞ-ın törətdiyi pisliklərlə dəyişməyəcək! Cinayətinizə evinizin içindən cavab verilə bilər.”

General Qaani sözlərinə aydınlıq gətirdi: “Bu cinayəti törədənlər bilməlidir ki, dünyanın hər yerindəki mərd insanlar namardləri cəzalandırmağa hazırdırlar.”

Xüsusilə vurğuladı: “Yolumuz hələ də eyni yoldur, arxayın olun, hətta evinizin içində sizin cinayətinizə cavab verəcək insanlar ola bilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × three =