Ayətullah Xamenei başsağlığı verib
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei rəbbani alim, mücahid həkim və fəqih, Ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin vəfatı münasibətilə başsağlığı verib.
Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
“Mərhəmətli və bağışlayan Allahın adı ilə!
Rəbbani alim, fəqih və mücahid həkim Ayətullah Hacı Şeyx Məhəmməd Təqi Misbah Yəzdinin vəfatı xəbərini çox təssüf və kədər hissi ilə aldım. Bu itki İslam maarifi sahəsinə və Dini Elmi Hövzəyə böyük zərbədir.
O mərhum görkəmli bir mütəfəkkir, layiqli bir idarəçi, həqiqəti dilə gətirməkdə bəlağətli natiq və düz yolda əzmlə addımlayan bir şəxs idi. O, dini düşüncənin ərsəyə gəlməsində, dəyərli kitabların təlifində, seçkin və nüfuzlu şagirdlərin yetişdirilməsində, varlığına ehtiyac duyulduğu bütün sahələrdə inqilabçı iştirakı ilə, həqiqətən də nadir insanlardan idi.
Ömrünün gənc illərindən sonunadək təqvalı olmaq onun həmişəlik xüsusiyyətlərindən idi.
Bu uzunmüddətli mübarizə üçün ilahi mərifət yolunda əldə etdiyi seyri-suluk Allahın ona ən böyük mükafatı idi.
Bu əziz qardaşımın vəfatına görə əzalı olmağımla yanaşı, hörmətli ailəsinə, alim və saleh övladlarına, digər qohumlarına, eləcə də bu böyük müəllimin şagirdlərinə və sevənlərinə və Elmi Hövzəyə başsağlığı verir, onun üçün ilahi rəhmət, məğfirət və ən yüksək dərəcələr diləyirəm!”