Sionist əsgər fələstinliyə atəş açaraq iflic etdi

Sionist əsgər fələstinliyə atəş açaraq iflic etdi

Sionist İsrail rejiminin əsgəri İordan çayının qərb sahilindəki Əl-Xəlil şəhərində bir fələstinliyə yaxın məsafədən atəş açaraq onu iflic edib.

Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, sözügedən fələstinlinin başından və boynundan vurulduğunu bildirirlər.

Fələstin Səhiyyə Nazirliyi 24 yaşlı Hadi Rəsmi Əbu İramın Əl-Xəlil şəhərinin cənubundakı Əl-Təvana bölgəsində sionist əsgərlər ilə qarşıdurmada yaralandığını açıqlayıb.

Fələstin Səhiyyə Nazirliyi xəsarətlərinin ağır olduğunu və müalicə üçün Yata Dövlət Xəstəxanasına aparıldığını qeyd edib.

Hadisə ilə bağlı yayımlanan videoda, bir sıra fələstinli elektrik generatorunu sionist rejimin əsgərlərindən geri almağa çalışarkən qışqırdığı və mübarizə apardığı görünür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + two =