Əfqanıstanda sərnişinlərlə dolu olan avtobus qaçırılıb

Radikal “Taliban” hərəkatının silahlıları Əfqanıstanın Herat əyalətində sərnişinlərlə dolu olan avtobusu qaçırıb.
Bu barədə “Sinhua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.
Bildirilir ki, hadisə Herat-Turgundi magistral yolundakı Çildoxtərən rayonunda baş verib.
Polis girovları azad etmək üçün xüsusi əməliyyata başlayıb.
Oxu.az