İraq paytaxtında ABŞ qüvvələrinin çıxmasını tələb edən izdihamlı mitinq keçirilib (VİDEO)

İraq paytaxtında ABŞ qüvvələrinin çıxmasını tələb edən izdihamlı mitinq keçirilib (VİDEO)

Qasim Süleymani və Əbu-Mehdi əl-Mühəndisin ildönümü ilə bağlı Bağdadda ABŞ-a qarşı izdihamlı etiraz aksiyası keçirilib.

SalamNews xəbər verir ki, general Qasim Süleymani və Haşd-Şabi -nin rəhbər müavini Əbu-Mehdi əl-Mühəndisin terrora məruz qalmasının ildönümündə ABŞ-a qarşı etiraz aksiyası keçirilib.

Bu etiraz aksiyasına qatılmaq üçün 10 mindən çox insan Bağdadın Təhrir meydanına axışıb.

Toplantıda çıxış edən İraq və İran rəsmiləri, partiya və parlament nümayəndələri ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb ediblər.

Qeyd edək ki, ötən ilin yanvarında terror aktının törədilməsindən sonra İraq Parlamenti dərhal bir araya gəlib və ABŞ qüvvələrinin ölkədən çıxmasına səs verib. Lakin ABŞ bu rəsmi tələbi yerinə yetirməkdən imtina edib.

https://www.youtube.com/watch?v=2lSy6R8RLZI&feature=emb_logo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − three =