ABŞ və Avropa vaksinlə bağlı Venesuelaya rədd cavabı verdi

ABŞ və Avropa vaksinlə bağlı Venesuelaya rədd cavabı verdi

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Venesuela Avropa İttifaqı və ABŞ-dan COVID-19 əleyhinə vaksinlərin alışı üçün ölkənin dövlət vəsaitlərinə qoyulan məhdudiyyətləri ləğv etməyi istəyib, lakin rədd cavabı alıb.

Bu barədə Venesuela prezidenti Nikolas Maduro məlumat verib.

Portuqaliya, İspaniya, Böyük Britaniya və ABŞ rəhbərlikləri və onların maliyyə institutları vaksinə çıxış üçün lazım olan vəsaitləri dondurublar və bloklayıblar. Biz də Ümumdünya Ticarət Təşkilatı (ÜTT) vasitəsi ilə həmin vəsaitlərin bizə təqdim edilməsini tələb etdik və lakin bizə rədd cavabı verildi”, – deyə Maduro səhiyyə məsələləri üzrə iclasda bildirib.

Vitse-prezident həmin ölkələrin XİN başçıları ilə danışıb… lakin imtina edildi”, – deyə o əlavə edib.

Xatırladaq ki, ABŞ Venesualaya qarşı olduqca sərt sanksiyalar tətbiq edib. Bu sanksiyalar nəticəsində neft ilə ən zəngin ölkələrdən biri olan Venesuela xalqı səfalət içərisində yaşamağa başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + 9 =