Görkəmli şəxsiyyət, ziyalı alim Məhəmmədtəqi Misbah Yəzdinin vəfatı ilə əlaqədər başsağlığı məktubu.
Mehriban və bağışlayan Allahın adı ilə.
Şəxsiyyəti, ləyaqəti, yüksək mədəniyyətli ziyalı alim kimi ali keyfiyyətləri və sadəliyi ilə böyük hörmət və nüfuz qazanan, ömrünün böyük hissəsini elm, təhsil və İslam mədəniyyətinin tərəqqisinə həsr etmiş, görkəmli alim Məhəmmədtəqi Misbah Yəzdinin vəfatı haqqında qəfil xəbər hamı kimi, bizi də dərindən sarsıtdı və kədərləndirdi.
Görkəmli ziyalı alim yüksək idarəçiliyi və elmi-təşkilati fəaliyyəti dövründə onlarla dəyərli tədqiqat əsərinin, dərsliyin, çox sayda məqalənin müəllifididir. O, dünyanın əksər ölkələrində nüfuzlu elmi-nəzəri konfransların iştirakçısı olmuş, İslam mədəniyyəti və sivilizasiya mövzusunda mühazirələr oxumuşdur. Təbii ki , görkəmli alim, təvazökar və səmimi insan olan Məhəmmədtəqi Misbah Yəzdinin zəngin elmi-mədəni irsi daim yaşayacaq, İslam mədəniyyəti və sivilizasiyasının tərəqqisinə xidmət edəcək və nəsillərdən-nəsillərə ötürüləcəkdir. Hesab edirik ki, onun ən yüksək, ən ali mükafatı İslam cəmiyyətində və istedadlı gənc nəsillərə dayaq olub yetişdirdiyinə görə dünyanın dörd bir yanında adının hörmətlə çəkilməsidir.
Böyük mütəfəkkirin vəfatı ilə əlaqədər başda zəmanəmizin İmamı Hz. Bəqiyyətullaha (ə.f) və onun haqq naibi Ayətullah üzma Seyid Əli Xameneiyə, həmçinin dini elmi hövzələrə, alim övladlarına, tələbələrinə, bütün elm və iman əhlinə dərin hüzünlə başsağlığı verir, səbir diləyirik.
Allah rəhmət etsin!
Böyük kədər hissi və hörmətlə:
Müqəddəs Qum şəhərinin Gürcüstanlı tələbələri.
4 yavnvar 2021-ci il.