Doktorantura təhsili alan ŞƏHİDİMİZ- FOTOLAR

Doktorantura təhsili alan ŞƏHİDİMİZ- FOTOLAR

“Vətən müharibəsi”ndə Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də Əsgər Elçin Həsənlidir.

Sonxeber.az Elçinin həyat hekayəsini yaxınlarnın dili ilə izləyicilərlə bölüşür:

Elçin Həsənli 16 iyun 1993-cü ildə Ağstafanın Həsənsu kəndində müəllim ailəsində dünyaya göz açıb. Ailədə iki qardaş idilər. Elçinin atası Vaqif müəllim universitet, anası Xatirə xanım isə ibtidai sinif müəllimləridir. Elçin Ağstafada doğulsa da uşaqlığı Bakıda keçib.

1999-cu ildə Suraxanıda 290 saylı tam orta məktəbin birinci sinfinə daxil olur. 2010-cu ildə isə Nəsimi rayonunda 2011 saylı tam orta məktəbi bitirir. Orta məktəb dövründə bacarıqlı, çalışqan, eyni zamanda ədəbli, tərbiyəli şagird kimi yadda qalır.

2010-cu ildə qəbul imtahanlarında iştirak edərək, Azərbaycan Texniki Universitetinin “Elektrotexnika və Energetika” fakültəsinə daxil olur. 2014-cü ildə həmin fakültənin “Elektrik mühəndisliyi” ixtisası üzrə bakalavr diplomu alır.

2014-cü ildə sözügedən universitetin magistratura pilləsinə daxil olur.
2014-2015-ci illərdə həqiqi hərbi xidmətə yollanır. Xidmətini N saylı hərbi hissədə yerinə yetirir. Hərbi xidmət dövründə komandirlərə nümunivəsi əsgər, əsgərlərə isə yaxşı yoldaş, qardaş olur.

Karyerasını öz bacarığı və biliyi ilə qururub. 2017-ci ildə İtaliyanın Roma şəhərində UNINETTINO Universitetində “Bərpa olunan enerji qaynaqları” üzrə kursda iştirak edib, sertifikat alıb.

2018-ci ildə “Şirvan ASC”-nin mühəndisi, Sabirabad “ASAN Xidmət”in əməktaşı olub.

2019-cu ildə Memarlıq və İnşaat Universitetinin doktoranturasına qəbul olur. Elmi nəşrlərdə öz ixtisası üzrə bir neçə elmi məqaləsi yayımlanır.
Elçinin ən yaxın dostu, “Vətən müharibəsi Qazisi” Sərxan Yolçuyev deyir ki, “Elçin çox fərqli biri idi. Hər bir insanda az da olsa qüsur olur, amma Elçində zərrə qədər də qüsur görmədim. Çox ədəbli, saf qəlbli, canıyanan biri idi. Elə, ona görə də Allah ona ən yüksək zirvəni verdi…”.

“Vətən müharibəsi” başlayanda Elçin də torpağının intiqamı üçün ayağa qalxır. Sentyabrın 29-da könüllü olaraq cəbhəyə yollanır. Füzulidən Şuşaya qədər ağır və qürurlu döyüş yolu keçir. Qızğın döyüşlərdə xüsusi fəallığı ilə seçilir. Qələbəyə günlər qalırdı amma bu, Elçinə nəsib olmayıb. Şuşa uğrunda gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Elçin yaşadığı Xırdalan şəhərində uğrunda canından keçdiyi torpağa tapşırılıb.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Doktorantura təhsili alan ŞƏHİDİMİZ- FOTOLARDoktorantura təhsili alan ŞƏHİDİMİZ- FOTOLARDoktorantura təhsili alan ŞƏHİDİMİZ- FOTOLAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − twelve =