Ermənilər Azəbaycana veriləcək sərhəd ərazilərdəki evləri yandırırlar
Ermənistanın Syünik vilayətinin (Zəngəzur) Şurnuxu kəndində 12 ev bu gün Azərbaycana təhvil verilməlidir.
Modern.az xəbər verir ki, Azərbaycan tərəfinin ermənilərə verdiyi vaxt yanvarın 5-də başa çatır.
Ermənistan mətbuatının yaydığı məlumata görə, artıq ermənilər Azərbaycana veriləcək ərazilərdəki evlərə od vururlar.
Qeyd edək ki, ermənilərin çıxarıldığı 12 evin sahəsi Azərbaycanın Qubadlı rayonunun ərazisidir. Ermənilər 1993-cü ildə Qubadlını işğal etdikdən sonra həmin əraziləri Şurnuxu kəndinin torpaqlarına qatıblar.