İraqda ABŞ hərbi təchizat karvanı məhv edildi

İraqda ABŞ hərbi təchizat karvanı məhv edildi

İraq müqavimət qruplarına yaxın media şəbəkəsi Səlahəddin vilayətində ABŞ hərbi təchizat karvanının məhv edildiyini xəbər verib.

Deyerler.org xəbər verir ki, Saberin News Telegram Kanalının verdiyi məlumata görə, ABŞ-ın hərbi təchizat karvanı Səlahəddin vilayətində bu gün (5 yanvar) səhər yol kənarına yerləşdirilmiş bomba ilə hədəfə alınıb. Xəbər kanalı ehtimal olunan itkilər barədə heç bir xəbər yayımlanmayıb. Hücuma görə məsuliyyəti Qasım Əl-Cabbarin qrupu öz üzərinə götürüb.

Dünən gecə Bağdaddan 60 km məsafədə olan Ducail şəhərinə gedən yolda da ABŞ koalisiyası karvanı partladılıb və məsuliyyəti Qasim Əl-Cabbarin qrupu üzərinə götürüb.

Əvvəlki bütün əməliyyatlar cənub əyalətlərində aparıldığı halda, bu hücum ABŞ koalisiyasının təchizat karvanlarının Şimali İraqda ikinci dəfə hədəfə alındığını göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 1 =