Venesuela elektrik təchizatı sisteminə hücum

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Venesuela enerji sistemi hücuma məruz qalıb. Elektriklə bağlı problemlər paytaxtda və digər ştatlarda müşahidə edilir.
Bu barədə ölkənin vitse-prezidenti Delsi Rodriges məlumat verib.
“Bu gün – 5 yanvarda milli elektrik enerjisi sisteminə hücum həyata keçirilib. Bu, Quri HES elektrik təchizatı sisteminə zərər vurub və paytaxtın müxtəlif sektorları və digər ştatlarda gücün düşməsinə səbəb olub”, – deyə o qeyd edib.
Hazırda sistemin bərpası işləri aparılır.
Həmçinin baş verən hadisə ilə bağlı araşdırma başladılıb.