İsraildən Türkiyəni qıcıqlandıracaq növbəti addım

İsraildən Türkiyəni qıcıqlandıracaq növbəti addım

İşğalçı İsrail rejimi Yunanıstan Hava Qüvvələri üçün hərbi təyyarəçilik məktəbi inşa edəcək və Təl-Əviv Afinaya 10 ədəd “M-346” təlim təyyarəsi verəcək.Teleqraf.com xəbər verir ki, işğalçı İsrail Müdafiə Nazirliyi Afinanın Təl-Əvivlə 20 illik 1.68 milyard dollarlıq anlaşmasını təsdiqlədiyini açıqlayıb.

Razılaşmaya əsasən, sionist rejim müdafiə sənayesi şirkəti “Elbit Systems” Yunanıstan Hava Qüvvələri üçün təyyarəçilik məktəbi inşa edəcək.

Hərbi sazişdə işğalçı İsrailin Yunanıstana 10 ədəd “M-346” təlim təyyarəsi satması, “T-6 Efroni” təyyarələrinə texniki xidmət və “Elbit Systems” tərəfindən simulyatorlara dəstək kimi müddəalar yer alıb.

Yunanıstanın təsdiqlədiyi 20 illik müqavilənin iki ölkə arasında bu günə qədər imzalanmış ən böyük müdafiə müqaviləsi olduğu bildirilib.

Sazişin imzalanma tarixi barədə heç bir məlumat verilməsə də, işğalçı İsrail Müdafiə naziri Benni Qantz müqavilənin sionist rejim və Yunanıstan arasındakı münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini göstərdiyini deyib.

Islamtimes.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =