Türkiyə səmalarında 3D uzunqulaqlar – VİDEO

Türkiyə səmalarında 3D uzunqulaqlar – VİDEO

Türkiyənin Mardin şəhərində yaşayan çərpələng ustası Zahid Mungan bu dəfə hazırladığı çərpələnglə mətbuatın gündəmi olub.

Az.shafaqna.com Sputnik-ə istinadən xəbər verir ki, çərpələng ustası bu dəfə şəhərin simvolu sayılan uzunqulaq fiquru hazırlayaraq göyə uçurub.

https://www.youtube.com/watch?v=8II_nRxSvTk&feature=emb_logo

İki aydır uzunqulaq fiquru hazırlayan Zahid Mungan bu işin əziyyət bahasına başa gəldiyini açıqlayıb. Üç eşşək fiquru hazırladığını deyən çərpələng ustası zibillərdən hazırlanan çərpələngin uzunluğunun səkkiz metr olduğunu da bildirib.

Zahid Mungan Mardində uzunqulaqlardan yük daşımaq üçün hələ də istifadə edildiyini söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 16 =